Romanın "Çampino” hava limanı ərazisində İkinci Dünya müharibəsinə aid bombalar tapılaraq zərəsizlədirilib.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, bununla əlaqədar olaraq şəhərin ikinci ən böyük beynəlxalq hava limanı üç saat fəaliyyətini dayandırıb. Təxminən 750 sərnişinin təxliyə edildiyi bildirilir.