Xəzər Xəbər

Pensiya ilə dolanmaq üçün ən yaxşı ölkələr - REYTİNQ

Dünya | 18:20 • 8 Fevral 2019
Pensiya ilə dolanmaq üçün ən yaxşı ölkələr -

"International Living” jurnalı pensiyaçıların yaxşı yaşadığı ölkələrin ənənəvi reytinqini təqdim edib. İspaniya ilk onluqda yer alıb.


Reytinqin tərtibində iqlim, dolanışıq xərcləri, tibbi xidmət səviyyəsi və bürokratiya kimi amillər nəzərə alınıb.


Pensiya ilə dolanmaq üçün ən yaxşı yer Panama sayılıb. Kosta-Rika, Meksika, Ekvador, Kolumbiya, Peru, Malayziya, Portuqaliya və Tailand kimi ölkələrdən geri qalan İspaniya ilk onluğu tamamlayıb.


Mükəmməl çimərlikləri və Qərbi Avropaya xas həyat keyfiyyəti İspaniyanın üstünlükləri sırasındadır. Nəşr, həmçinin meşələrinə, dağlarına, gülərüz insanlarına və qastronomiyasına görə ölkənin şimal hissəsini - Navarra, Kantabriya, Asturiya, Qalisiya və Basklar Ölkəsini ayırıb.


Nəşrin hesablamalarına görə, İspaniya regionlarının çoxunda pensiyada olan ər-arvadın komfortlu yaşaması üçün onlara ayda 2,5 min dollar kifayətdir.


Ucuz və keyfiyyətli məhsullar, əcnəbilərə mehriban münasibət və təhlükəsizlik də İspaniyanın üstünlükləri sırasındadır. Nəşr İspaniya səhiyyəsini dünyanın ən keyfiyyətli səhiyyə sistemlərindən biri adlandırıb. (AZƏRTAC)

Xəbər lenti