Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf ərazilərinin işğalında, bu ərazilərdə azərbaycanlılara qarşı qətllərin törədilməsində birbaşa iştirak etmiş terrorçu Mixail Avaqyana Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində büst qoyulmasına etiraz əlaməti olaraq azərbaycanlılar tərəfindən Gürcüstan parlamentinin qarşısında keçirilən aksiya davam edir.
Bu barədə Trend-ə Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov deyib.
O qeyd edib ki, hazırda çıxışlar davam edir və Azərbaycanla Gürcüstan arasında dostluq haqqında fikirlər səsləndirilir:
"Aksiya iştirakçıları olan ağsaqqallar, gənclər, qeyri-hökumət təşkilatları, eyni zamanda, gürcü qardaşlarımız çıxışlarında bildirdilər ki, bu heykəlin qoyulması təxribatdır və sökülməlidir”.