Rusiyanın Rostov vilayətində saxta konfet istehsalı ilə məşğul olan 19 Ermənistan vətəndaşı saxlanılıb.
Virtualaz.org-un vilayətin hüquq-mühafizə orqanlarına istinadən məlumatına görə, Rusiya ərazisində qeyri-qanuni yaşayan Ermənistan vətəndaşlarının icazəsiz açdıqları sexdə saxta "Raffaello” konfetlərinin istehsal edildiyi aşkar olunub.
Ermənilər şirniyyat məhsullarını Kalinin qəsəbəsinin Malıqin küçəsində yerləşən evlərin birində istehsal ediblər.
Sexin məhsulları ekspertizaya göndərilib.