İstanbulun Kartal bölgəsində çökən səkkizmərtəbəli binanın dağıntıları altından 16 yaşlı oğlan çıxarılaraq xəstəxanaya yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
Xatırladaq ki, hadisə fevralın 6-da baş verib. Araşdırma aparılır.