Berlin şəhərində növbəti "Fruit Logistica” beynəlxalq meyvə-tərəvəz sərgisi öz işinə başlayıb.
Azərbaycanın Almaniyadakı səfirliyindən xezerxeber.az-a verilən məlumata görə, 90-dan artıq ölkədən təxminən 3200 eksponentin iştirak etdiyi sözügedən sərgidə Azərbaycan milli stendi ilə təmsil olunur, kənd təsərrüfatı sahəsində 14 özəl şirkətin məhsulları nümayiş etdirilir. Sərgi şirkətlərə milli məhsullarımızı nümayiş etdirməklə yanaşı, "B2B” müzakirələr üçün də imkan yaradır. Sərgidəki milli stendə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov da baş çəkib. Sərgi fevralın 8-dək davam edəcək.