Xəzər Xəbər

Türkiyə ABŞ-ı deyil, Rusiyanı seçməsinin səbəbini açıqladı

Dünya | 12:26 • 8 Fevral 2019
Türkiyə ABŞ-ı deyil, Rusiyanı seçməsinin səbəbini açıqladı

Rusiyanın Türkiyəyə Zenit Raket Komplekslərini vermə barədə təklifi ABŞ-ın analoji təklifindən daha sərfəli idi. 

Bu barədə Türkiyə Müdafiə Sənayesinin İdarəsinin sədr müavini Cəlal Sami Tüfəkçi Vaşinqtonda Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunda çıxışı zamanı bəyan edib.

«Türkiyə Rusiyanın S-400 təklifini həm qiymətinin münasibliyinə, həm də istehsalın gedəcəyi, texnlogiyanın veriləcəyi yerin sərfəli olmasına görə qəbul edib», - deyə o, bildirib.

Vaşinqtonun ZRK-na gəldikdə isə Tüfəkçi bildirib ki, bu barədə ötən ay təklif irəli sürülüb: «Artıq kifayət qədər gec idi»./faktxəbər

Xəbər lenti

Çox oxunanlar