Xəzər Xəbər

Pompeo Avropa turnesinə çıxır

Dünya | 11:26 • 8 Fevral 2019
Pompeo Avropa turnesinə çıxır
ABŞ dövlət katibi Mayk Pompeo 11-15 fevral tarixlərində Avropa ölkələrinə rəsmi turneyə çıxacaq.

Bu barədə ABŞ Dövlət Departamenti mətbuat katibinin köməkçisi Robert Palladinonun yaydığı yazılı bəyanatda deyilir. 

Qeyd olunur ki, turne çərçivəsində Pompeo 11 fevralda Macarıstana, 12 fevralda Slovakiya və Polşaya, daha sonra Belçikaya və ardınca İslandiyaya səfər edərək, bu ölkələrin dövlət başçıları və öz həmkarları ilə bir sıra görüşlər keçirəcək. Belçikanın paytaxtı Brüsseldə isə Pompeo həm də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini ilə görüşüb, Venesuela daxil olmaqla bir çox məsələləri müzakirə edəcək. 

15 fevralda Avropa turnesini başa vurduqdan sonra Mayk Pompeo ABŞ-a geri dönəcək. /azvision.az

Xəbər lenti