Bankın aktivlərini satın almaq üçün xərcləyə biləcəyi vəsaitin 435 milyard funt məbləğindəki limiti də əvvəlki kimi saxlanılıb.
İngiltərə Bankı ilkin faiz dərəcəsini 0,75% səviyyəsində saxlamağa qərar verib.
Bu barədə "Gazeta.ru” məlumat yayıb.
Məlumata görə, bankın aktivlərini satın almaq üçün xərcləyə biləcəyi vəsaitin 435 milyard funt məbləğindəki limiti də əvvəlki kimi saxlanılıb.
Eyni zamanda bank ölkədə 2019-cu ildəki ÜDM artımına dair proqnozunu əvvəlki 1,7%-dən 1,2%-dək azaldıb.
Daha əvvəl İngiltərə Bankı Venesuela Prezidenti Nikolas Maduroya 1,2 milyard dollarlıq qızıl külçə verməkdən imtina edib.
AzNews.az