ABŞ prezidenti Donald TrampDünya Bankının rəhbəri vəzifəsinə ABŞ-ın Maliyyə Nazirliyinin baş meneceri Devid Melpassı namizǝd göstǝrib.
Trampın tərəfdarlarından biri kimi tanınan D.Melpass digər səhmdarların da razılığını alarsa, Dünya Bankının rəhbəri olacaq.
Qeyd edək ki, rəhbər kürsüsünə Trampın qızı İvanka Trampın da namizəd olacağı söylənilmiş, daha sonra isə bu məlumat təkzib edilmişdi.
Xatırladaq ki, Dünya Bankının eks-prezidenti Cim Yon Kim fevralın 1-də istefa verib. O, səlahiyyət müddətinin 2020-ci ildə başa çatmasına baxmayaraq, vaxtından əvvəl postunu tərk edib.
Altı il bu vəzifədə çalışan Cim Yon Kim istefasının rəsmi səbəbi kimi iqtisadiyyatın özəl sektorunda çalışmaq istəməsini göstərib.