Saymon bu haqda "New Idea” qəzetinə müsahibəsində danışıb. Avstraliyalının iddiasına görə, şahzadə Çarlzla onun həyat yoldaşı Kamilla hələ 1966-cı ildə gizlicə eşq yaşayarkən dünyaya gəlib. Dorante-Dey bunun Hempşir qraflığındakı kiçik şəhərdə baş verdiyini söyləyir.
Saymon valideynlərinin ona yalnız ilyarım sahib çıxdığını deyir. Guya sonra övladlığa verilib. Beləcə, Karen və Devid Deylər ona valideynlik etməyə başlayıb. Saymon deyir ki, babası və nəvəsi onda əsl nənəsi Yelizavetanın yanında xidmətçi işləyirdilər. Məhz sonradan nənəsi kimi qəbul etdiyi qadın ona həqiqəti danışıb.
Saymon doğum sənədlərinin saxta olduğunu bildirir. O, yeniyetməliyində çəkdirdiyi fotoda Kamillanın başqa nikahdan dünyaya gətirdiyi oğluna çox oxşayır. Bu amilə görə də Saymona inanan az deyil.
Dorante-Dey söyləyir ki, Çarlzın birinci arvadı Diananın onun haqqında məlumatı vardı. Diana hətta bu məsələni ictimailəşdirməyi düşünürmüş. Amma 1997-ci ildəki avtomobil qəzası onun istəyini məhv edib.
Rəsmi məlumatlarda Çarlz ilə Kamillanın 1970-ci ildə tanış olduğu yazılır. Sonradan Uels şahzadəsi Diana ilə tanış olub və cütlük 1981-ci ildə evlənib. Kamilla ilə nikah isə Diananın ölümündən xeyli sonra – 2005-ci ildə baş tutub./Bizimyol.info