Şimal qütbünün maqnit mərkəzi ildə 55 km sürətlə Kanada buzlağından Sibirə doğru sürüşür.
Bu barədə ABŞ Milli Okean və Atmosfer İdarəsi və Böyük Britaniya Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.
"Şimal qütbünün maqnit mərkəzinin sürüşməsi ən çox naviqasiya sistemlərinə təsir edir. Telefonlar, maşınlar, gəmilər, təyyarələr GPS və QLONASS kimi peyk naviqasiya sistemlərinə bağlıdır. Şimal maqnit qütbünün koordinatları riyazi olaraq yanlışdırsa, naviqasiya sistemləri də yanlışdır", - məlumatda qeyd edilib./axar.az