Xəzər Xəbər

Yanukoviçə 13 il iş kəsildi

Dünya | 13:43 • 7 Fevral 2019
Yanukoviçə 13 il iş kəsildi

Məhkəmə sabiq prezident haqqında son qərarını elan edib.

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç dövlətə xəyanətdə ittiham edilib və barəsində 13 il həbs cəzası çıxarılıb.

Kiyevin Obolon bölgə məhkəməsi sabiq prezident haqqında son qərarını elan edib.

Viktor Yanukoviç dövlətə xəyanət və Ukraynaya qarşı hücumlara dəstək verməkdə günahkar sayılıb, barəsində 13 il müddətinə həbs cəzası çıxarılıb.

Qeyd edək ki, Ukraynada baş verən Maydan hərəkatından sonra Viktor Yanukoviç Rusiyaya qaçıb.(teleqraf.com)

Xəbər lenti