Onun ayaqqabıları necə oğurladığı sirr olaraq qalır.
Yaponiyada uşaq ayaqqabıları oğurlayan orta yaşlı bir kişi həbs olunub.
AzNews.azTürkiyə mediasına istinadən xəbər verir ki, Yaponiyada Makoto Endo adlı 40 yaşlı kişinin pedofilliyə meyilli olduğu bildirilir.
Onun evinə təşkil olunan basqında 70 cüt uşaq ayaqqabısı tapılıb. Ayaqqabıların 2017-ci ilin iyunu ilə 2018-ci ilin avqustu arasında oğurlandığı məlum olub.
Endonun bu qədər çox ayaqqabını necə oğurladığı isə sirr olaraq qalır.
AzNews.az