Xəzər Xəbər

Yer kürəsində xaosun başlanacağı tarix açıqlandı

Dünya | 13:26 • 7 Fevral 2019
Yer kürəsində xaosun başlanacağı tarix açıqlandı

Yer kürəsinin orta temperaturu 3-4 dərəcə artacaq.

Kanadanın Makqill Universitetinin alimləri apardıqları araşdırmalardan sonra belə fikrə gəliblər ki, buzlaqların əriməsi Yerin iqliminin dəhşətli dəyişmələrinə səbəb olacaq və bu ekstremal hava şəraitinin yaranmasını özündə ehtiva edəcək.

Bu barədə Lenta.ru məlumat yayıb.

Alimlər Arktika və Antarktidada buzlaqların sahəsinin azaldılmasına yönəlmiş siyasətin 2100-cü ildə okean və hava temperaturuna təsir edəcəyini və bunun qaçılmaz nəticələrə səbəb olacağını söyləyiblər.

Onların hesablamalarına görə, indi Yer kürəsinin orta temperaturu 3-4 dərəcə artacaq, Qrenlandiya və Antarktidada buzlaqların əriməsi nəticəsində yaranmış su dünya okeanına qarışacaq.

Bu da dəniz cərəyanlarının dəyişməsinə, bütün planetdə iqlimin orta illik göstəricisinin pozulmasına səbəb olacaq. Məsələn, buzlaqların əriməsi nəticəsində yaranmış suların Qolfstrim cərəyanına qarışması Arktika, Cənubi Kanada və Mərkəzi Amerikada temperaturu yüksəldəcək, Avropanın şimal-qərb hissəsində isə əksinə, havalar soyuyacaq.

Bundan əlavə, 2065-2075-ci illər arasında dəniz səviyyəsi Yer üzərində qeyri-bərabər şəkildə sürətlə artacaq. Belə ki, qütblərdə dəniz suyunun səviyyəsi azalacaq, Sakit Okean adaları isə su altında qalacaq.(oxu.az)

Xəbər lenti