Xəzər Xəbər

Dünya bu zülmdən də qurtuldu Gələn həftə rəsmən açıqlanacaq

Dünya | 10:41 • 7 Fevral 2019
Dünya bu zülmdən də qurtuldu

Gələn həftə İŞİD terror təşkilatının 100% məğlubiyyəti rəsmən açıqlanacaq.

Bunu ABŞ prezidenti Donald Tramp deyib.

Prezident bu barədə İŞİD-ə qarşı mübarizə məqsədilə qurulan koalisiya ölkələrinin xarici işlər nazirlərinin görüşündə danışıb. O, bildirib ki, rəsmi açıqlamanı gözləmək niyyətindədir.

Tramp çıxışında vəzifəsinə gəldiyi gündən etibarən İŞİD-ə qarşı gördüyü işlərdən danışıb və son olaraq koalisiya üzvləri ölkələrə təşəkkür edib.

Qeyd edək ki, İŞİD terror təşkilatı 2014-cü ildən Suriyada aktiv fəaliyyətə başlayıb./publika.az

Xəbər lenti

Çox oxunanlar