Xəzər Xəbər

“ABŞ tövbə edərsə, qəbul etməyə hazırıq” - Ruhani

Dünya | 11:10 • 7 Fevral 2019
“ABŞ tövbə edərsə, qəbul etməyə hazırıq” - Ruhani

"ABŞ şərqdəki super gücə qarşı bölgədəki ən böyük müttəfiqini itirdi".

"ABŞ tövbə edər və keçmişdə İrana etdiyi müdaxilələrə görə üzr istəyərsə, Amerikanın tövbəsini qəbul etməyə hazırıq”.

Bunu İran prezidenti Həsən Ruhani deyib. Tehrandakı səfir və diplomatlarla iclasda danışan Ruhani ABŞ-ın İrana qarşı siyasəti ilə bağlı fikirlərini bölüşüb. Xarici qüvvələrin bölgədə varlığının və müdaxiləsinin sona çatmasının vacibliyini vurğulayan Ruhani "ABŞ əsla hədəfinə çatmayacaq” deyib:

"ABŞ şərqdəki super gücə qarşı bölgədəki ən böyük müttəfiqini itirdi. Amerika İranı yenidən qazanmaq üçün son 40 ildə bütün imkanlarını səfərbər etdi, ancaq bacarmadı. Şüarımız bütün dünya ilə dostluq münasibətləri qurmaqdır. Əgər ABŞ tövbə edər və İrana qarşı müdaxilələrinə görə üzr istəyərsə, onun tövbəsini qəbul etməyə hazırıq”.

Xəbər lenti