Xəzər Xəbər

ABŞ prezidenti Böyük Britaniyaya gedir

Dünya | 10:46 • 7 Fevral 2019
ABŞ prezidenti Böyük Britaniyaya gedir

"Böyük Britaniya NATO-nun qurucu üzvlərindən biridir".

ABŞ prezidenti Donald Trampın cari ilin dekabrında Böyük Britaniyaya səfəri gözlənilir.

Tramp NATO-nun yaranmasının 70-ci ildönümü münasibətilə Londonda keçiriləcək tədbirə qatılacaq.

NATO-nun baş katibi Jens Stoltenberq yubiley tədbirində müttəfiqlərlə bir sıra vacib məsələləri müzakirə edəcəklərini söyləyib.

Baş nazir Tereza Mey deyib: "Böyük Britaniya NATO-nun qurucu üzvlərindən biridir və mən çox şadam ki, baş katib yubileyi qeyd etmək üçün liderlərin toplantısını bizim ölkədə keçirmək istəyib”.(AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar