Bu barədə öz mənbələrinə istinadən "Excelsior" nəşri məlumat yayıb.
Braziliyanın sabiq prezidenti Luis İnasiu Lula da Silva korrupsiya və çirkli pulların yuyulmasına görə 12 il 11 ay mddətinə azadlıqdan məhrum edilib.
Bu barədə öz mənbələrinə istinadən "Excelsior" nəşri məlumat yayıb.
Braziliyanın San-Paulu ştatının Atibaya şəhəri ərazisində qanunsuz yolla ev və torpaq sahəsi əldə etməkdə ittiham olunan Lula da Silvaya qarşı məhkəmə qərarını hakim Qabriela Hardt oxuyub.
Lula da Silva 2002-2011-ci illərdə ölkə prezidenti olub.(report.az)