Xəzər Xəbər

22,4 milyon çinli cəzalanıb - Bilet ala bilmirlər

Dünya | 10:37 • 7 Fevral 2019
22,4 milyon çinli cəzalanıb - Bilet ala bilmirlər

17 milyon sakin təyyarə biletləri ala bilməyib.

Son 1 il ərzində Çin hökuməti milyonlarla çinlinin sürətli qatarlara və təyyarələrə bilet alışını qadağan edib.

Technote xəbər verir ki, həmin insanlar ödəmədikləri borclara, vergilərə və cərimələrə görə qara siyahıya düşüblər.

2018-ci ildə Çinin 5,4 milyon sakini sürətli qatar, 17 milyon sakini isə təyyarə biletləri ala bilməyib. Ümumilikdə 22,4 milyon nəfər cəzalanıb. Maraqlısı ondadır ki, həmin insanlardan yalnız 1417 çinli öz adını qara siyahıdan çıxarmağı bacarıb.

Məlumat üçün bildirək ki, Çin hökuməti 2014-cü ildən bəri sosial etibarlılıq reytinqini test edir. Lakin onu müəyyən mərhələlər ilə işə salır. Bu sistemin irimiqyaslı işə salınmasına isə 2020-ci ildə start veriləcək.

Hələlik hökumət öz maliyyə öhdəliklərini pozmuş şəxslərə nəzarət edir. Buna görə də maliyyə öhdəliklərini pozmuş sakinlər birbaşa "qara siyahı”ya daxil olurlar. İnsanlar siyahıya təkcə vergilərdən boyun qaçıranlar deyil, həm də ictimai nəqliyyatda pis davranış edənlər, ölkəyə qadağan olunmuş məhsullar gətirənlər, saxta sənədlərdən istifadə edənlər də düşür. Həmin insanlar barədə xəbərdarlıqlar hətta bəzi qatarlarda canlı yayım vasitəsilə insanlara çatdırılır.(qafqazinfo.az)

Xəbər lenti

Çox oxunanlar