Yeraltı təkanlar yerli vaxtla 04:15-də qeydə alınıb.
İndoneziya sahillərində güclü zəlzələ baş verib.
ABŞ Geoloji Xidməti zəlzələnin 5,7 bal gücündə olması barədə xəbər yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla 04:15-də qeydə alınıb. Episentr isə Ternate şəhərindən 129 kilometr şimal-qərbdə olub. İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur.
İndoneziya seysmik ərazi sayılır və il ərzində burada 4 baldan yuxarı zəlzələlər qeydə alınır.(trend.az)