Hadisə fevralın 4-də axşam saatlarında baş verib.
Ekvadorun paytaxtı Kitoda rusiyalı turist Aleksey Dombrovski aldığı bıçaq yaralarından ölüb.
"TASS” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ekvadorun Rusiyadakı səfirliyinin konsulluq şöbəsinin müdiri Andrey Alekseyev bildirib.
Diplomatın sözlərinə görə, hadisə fevralın 4-də axşam saatlarında baş verib. Həyat yoldaşı ilə Ekvadora bir neçə həftəlik səyahət edən Dombrovski xanımı ilə 4 oğrunun hücumuna məruz qalıb. O, yerləşdirildiyi xəstəxanada vəfat edib.
İnsidenti törədən 4 nəfərdən 3-ü saxlanılıb, digərinin axtarışları istiqamətində tədbirlər görülür.(qafqazinfo.az)