Xəzər Xəbər

ABŞ Pxenyana zəmanət təklif edir: “İşıqlı gələcək qura bilərik”

Dünya | 09:48 • 7 Fevral 2019
ABŞ Pxenyana zəmanət təklif edir:
Əgər Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsilə razılaşarsa, onda ABŞ Şimali Koreya iqtisadiyyatının yaxşılaşdırılmasına imkan verən konkret öhdəliklər götürməyə hazırdır.


XəzərXəbər xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo bəyan edib.

"Ayın sonunda Vyetnamda bizim Şimali Koreya rəhbəri Kim Çen Inla ikinci görüşümüz olacaq. Həmin görüşdə o göstərə bilər ki, Sinqapurda nüvəsizləşdirmə ilə bağlı verdiyi vədi yerinə yetirir. Biz isə öz növbəmizdə öhdəliklər üzrə Şimali Koreya xalqı üçün işıqlı gələcək qura bilərik. Biz bunu etməyə tamamilə hazırıq”, – deyə Pompeo vurğulayıb.

Qeyd edək ki, 27-28 fevralda Vyetnamda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında sayca ikinci görüş baş tutacaq./azvision.az

Xəbər lenti

Çox oxunanlar