Xəzər Xəbər

Qrip virusu Rusiyanın 43 regionunu bürüyüb

Dünya | 18:43 • 6 Fevral 2019
Qrip virusu Rusiyanın 43 regionunu bürüyüb

Qrip virusu Rusiyanın artıq 43 regionunu bürüyüb. Xəstəliyin yayılması barədə son məlumatlar "Rospotrebnadzor”da səsləndirilib.


Xezerxeber.az xəbər verir ki, qurumun məlumatına görə, bu gün xəstəliyə yoluxanların sayının artması səbəbindən Samara vilayətində və Kirovda məktəblər bağlanılıb, Şimali Osetiyada və Xantı-Mansiysk mahalında karantin müddəti daha bir həftə uzadılıb.


Bryanskın, Voronejin və Tomsk vilayətinin tibb və təhsil müəssisələrində xüsusi rejim tətbiq olunub. "Rospotrebnadzor”un başçısı Anna Popova bildirib ki, hazırda Rusiyanın bütün ərazisi üzrə 2,5 min məktəb və təxminən min uşaq bağçasının fəaliyyəti müvəqqəti dayandırılıb.


Məlumatlara əsasən, ötən həftə virus infeksiyaları və qrip ölkənin bir sıra regionlarını əhatə edib. Xəstəlik təkcə Şimalda yayılmayıb. Belə ki, Stavropolda həkimə yardım üçün 7 mindən artıq insan müraciət edib. "Rossiya 24” telekanalı xəbər verir ki, meriyadan məktəblilərin dərsə yalnız gələn həftənin əvvəllərində qayıda biləcəklərini deyiblər.


Moskvada xəstəliyə yoluxma dərəcəsi hələ ki, epidemiya həddindən təxminən 20 faiz aşağıdır. "Rospotrebnadzor”da qeyd ediblər ki, paytaxt sakinlərinin yarısından çoxu qrip əleyhinə peyvənd etdiriblər. Sankt-Peterburqda yoluxma artıq epidemiya həddini ötüb keçib. Risk qrupunda olanlar 3 yaşından yuxarı uşaqlardır.


Rusiyanın baş sanitar həkimi maksimal yoluxma həddinin təxminən iki dəfə ötüb keçdiyi qeydə alınan beş regionun adını çəkib. Anna Popovanın sözlərinə görə, bu regionlara Buryatiya, Yakutiya, Xakasiya, Altay diyarı və Sverdlovsk vilayəti aiddir.

Xəbər lenti

Çox oxunanlar