Türkiyənin İstanbul şəhərində altımərtəbəli bina çöküb.
Hadisə nəticəsində bir nəfər ölüb, dağıntılar altından isə bir nəfər xilas edilib.
Hazırda hadisə yerində xilasetmə işləri aparılır. Nə qədər adamın dağıntılar altında qaldığı hələlik məlum deyil.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Ümumilikdə binada 12 ailənin yaşadığı bildirilir.