Xəzər Xəbər

Merin qətli Polşanı qarışdırdı

Dünya | 17:15 • 6 Fevral 2019
Merin qətli Polşanı qarışdırdı

Son aylar Polşada siyasi ixtilaflar artıb. Əksəriyyəti hökumət tərəfdarı olan mühafizəkarları hakim partiyanı məşəqqətlə qazanılan demokratiyaya təhlükə törətməkdə, müstəqilliyə, məhkəmə sistemi və mətbuata zərbə vurmaqda ittiham edən liberallara qarşı qoyurlar.


Bu atmosferdə hakim "Hüquq və Ədalət” partiyasının nifrət dolu bəyanatları, siyasi təhdidlər və antiimmiqrant siyasətinin tənqidi güclənib. Qdanskın populyar meri Pavel Adamoviçin qətli bu fonda ən ağır zərbə olub. Yanvarın 13-də keçirilən xeyriyyə aksiyası zamanı Adamoviçə zərbə vuran adam mikrofonu əlinə alaraq deyib ki, onun hərəkəti merin vaxtilə mənsub olduğu müxalif siyasi partiyanın qisasıdır. Qatilin psixoloji problemlərinin olduğu ehtimalları irəli sürülsə də, bir neçə hökumət tənqidçiləri bunun səbəbinin daha çox dövlət televiziyası vasitəsilə aparılan qızğın siyasi təbliğat olduğu ittihamı ilə çıxış ediblər. Şərhçilər Adamoviçi tez-tez qaçqınlar və geyləri açıq şəkildə müdafiə etdiyinə görə ittiham edirdilər. Merin dul qalmış həyat yoldaşı deyib ki, onu ölümlə hədələyirdilər və ailə qorxu altında yaşayırdı.


"Hüquq və Ədalət” partiyası Avropada miqrasiya böhranı və səkkiz il hakimiyyətdə olan mərkəzçi hökumətin yorğunluğu fonunda 2015-ci il seçkilərində qalib gəlib. Partiyanın lideri Yaroslav Kaçinskinin əsas vədləri yoxsullara yardım, korrupsiya əleyhinə sərt mövqe və müsəlman miqrantlarla analoji rəftar olub. Adamoviçin öldürülməsindən sonra siyasətçilərin qətli təhlükəsini təhqiq edə bilməyən prokurorluğa qarşı ittihamlar səslənib.


Bununla yanaşı, bütün tərəflər barışıq bəyanatlar veriblər. Baş nazir Mateuş Moravetski müxalifət liderləri ilə görüşüb və onları ictimai debatlarda bir-birinə daha çox hörmət etməyə çağırıb. Lakin dövlət televiziyası siyasi rəqiblərin təqib edilməsinə davam edir. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar