Xəzər Xəbər

Yunanıstan qrip epidemiyası ilə üzləşib

Dünya | 16:42 • 6 Fevral 2019
Yunanıstan qrip epidemiyası ilə üzləşib

Yunanıstan hökuməti ictimaiyyəti qripə qarşı profilaktikaya riayət etməyə çağırıb. Profilaktika - nəfəs orqanların müdafiəsi, qapalı, adamların çox olduqları yerlərə daxil olmamaq, qripə qarşı peyvənd edilməsini nəzərdə tutur.


Yunanıstan Xəstəliklərin Profilaktikası və Xəstələrə Nəzarət Mərkəzinin (KEELPNO) məlumatına əsasən, ilin əvvəlindən qripdən 18 nəfər həlak olub, 112 nəfər reanimasiyaya yerləşdirilib.


KEELPNO mərkəzinin epidemiologiya şöbəsinin rəhbəri Teano Qearqakopulu "Kathemerini” nəşrinə bildirib ki, yaxın iki həftəyə qrip özünün aktivliyinin zirvəsinə çatacaq. Ekspertlərin fikrincə bu il qripdən ölənlərin sayının artması daha təhlükəli virusun A (H1N1) yayılması ilə əlaqədardır. (AZƏRTAC)

Xəbər lenti