Xəzər Xəbər

Türkiyədə ərini öldürən azərbaycanlı qadına iş kəsildi

Dünya | 15:22 • 6 Fevral 2019
Türkiyədə ərini öldürən azərbaycanlı qadına iş kəsildi

Azərbaycan əsilli, 28 yaşlı, Türkiyə vətəndaşı Aysel Eshme 16 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.


"Report" "Haberturk"ə istinadən xəbər verir ki, o, həyat yoldaşı Ümit Gökeri bıçaqlayıb öldürməkdə ittiham olunub.


Bildirilib ki, 2017-ci il dekbarın 1-də Konyanın Mərkəzi Səlcuq rayonunun Bosna Hersek məhəlləsində qətl hadisəsi baş verib. Belə ki, Aysel Eshme evdə 9 aylıq körpəsini hərəkətsiz görüb, həyat yoldaşı Ümit Gökerlə birlikdə xəstəxanaya aparıb. Gənc ana həkimlərdən övladının boğularaq öldürüldüyünü öyrənəndən sonra avtomobildə ərinə bıçaqla ağır xəsarət yetirib. Ü.Göker xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Prokuror A.Eshmenin Ü.Gökerin qətlini əvvəlcədən planlaşdırdığını bildirərək onun 24 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Hakimlər A.Eshmenin cinayət törətməsinə Ü.Gökerin səbəb olduğunu, qadını buna təhrik edildiyini nəzərə alaraq, təqsirləndirilən şəxsin həbs müddətinin 20 ilə endirilməsi barədə qərar çıxarıb. Məhkəmə zamanı eyni zamanda Aysel Eshmenin davranışına görə bu müddətin 16 il 8 ayadək endirilməsi barədə hökm verilib.


A.Eshme hadisə zamanı anlaqsız vəziyyətdə olduğunu bildirib: "Mən insanlara zərər verəcək adam deyiləm. Bəraət verilməsini istəyirəm”.

Xəbər lenti

Çox oxunanlar