Ərazi güzəşti qarşılığında Kosovonun müstəqilliyi tanınacaq.
Kosovo Serbiya ilə yekun sülh müqaviləsi imzalamaq üçün ərazisinin az bir hissəsini güzəştə getməlidir.
Bu barədə Kosovonun prezidenti Haşim Taçi Vaşinqtonda görüşləri zamanı deyib.
Taçi "əgər ölkəmizlə Serbiya arasında sərhədlərin kiçik korreksiyası yekun sülhə yol səbəb olarsa, biz bu addımı atacayıq”-deyə o deyib. Ərazi güzəşti qarşılığında Kosovonun müstəqilliyi tanınacaq və ölkə BMT-yə üzv seçilə biləcək.
Bununla belə, Kosovo lideri Serbiya ilə sərhəddə yerləşən Kosovska-Mitrovitsa şəhərinin, Qazivod su anbarının və dağ-mədən kombinatının heç bir halda serblərə güzəştə gedilməyəcəyini də əlavə edib.(modern.az)