Vaşinqton diqqətini müasir raketdən müdafiə sistemi qurmaq istiqamətində cəmləyib.
Xezerxeber.az xəbər verir ki, Prezident Donald Tramp bu barədə Konqresdə ölkədəki vəziyyətlə bağlı ənənəvi müraciəti zamanı deyib.
Son 2 il ərzində ABŞ silahlı qüvvələrinin miqyaslı bərpa işlərinə başladığını deyən ABŞ lideri 2018-ci ildə Pentaqonun büdcəsinin 700 milyard dollara yaxın olduğunu, 2019-cu ildə isə bu məbləğin daha 16 milyard dollar artırıldığını bildirib.
"ABŞ-ın hərbi gücünün artmasını göstərən elementlərdən biri kimi raket əleyhinə müasir sistem hazırlanır”, - deyə Donald Tramp əlavə edib.
Prezidentin sözlərinə görə, onun administrasiyası ABŞ maraqlarının qorunması üçün apardığı fəaliyyətə görə heç vaxt üzr istəməyəcək.