Xəzər Xəbər

ABŞ Türkiyəni ikiyə parçaladı XƏRİTƏ

Dünya | 13:30 • 6 Fevral 2019
ABŞ Türkiyəni ikiyə parçaladı
ABŞ dövlət katibi Mayk Pompeo "Tvitter"də Venesuelada özünü qanunsuz olaraq müvəqqəti dövlət başçısı elan edən Xuan Quaidonun "hakimiyyətini” tanıyan ölkələrin mavi rənglə göstərildiyi xəritə paylaşıb.


XəzərXəbər "Haberturk”ə istinadən bildirir ki, həmin xəritədə Türkiyə ərazisinin ikiyə bölünmüş şəkildə göstərilməsi diqqət çəkib.

ABŞ Dövlət Departamentinin hazırladığı bu rəsmi xəritədə Vaşinqtonun müttəfiqi olan Türkiyənin sərhədlərinin dəyişdirilməsi və ərazisinin virtual şəkildə parçalanması sosial şəbəkələrdə türklər arasında ciddi narazılıqla qarşılanıb.

Böyük qalmaqala səbəb olan bu xəritə ilə bağlı ABŞ Dövlət Departamenti hələlik heç bir açıqlama verməyib.


azvision.az

Xəbər lenti

Çox oxunanlar