Xəzər Xəbər

İranın xarici işlər nazirindən Trampa cavab

Dünya | 12:48 • 6 Fevral 2019
İranın xarici işlər nazirindən Trampa cavab

ABŞ Orta Şərqdəki diktatorları dəstəkləyir.

"Donald Tramp bizi təqsirləndirir, ancaq yəhudi vətəndaşlarımız da daxil olmaqla bütün iranlılar ABŞ-ın təzyiqinə baxmayaraq 40 illik inkişafımızdan danışır”.

Bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın konqresdəki çıxışını dəyərləndirərkən tvitterdə yazıb.

Zərif ABŞ-ın Orta Şərqdəki diktatorları, qəssabları və radikalları dəstəklədiyini deyib.

Xatırladaq ki, Tramp İranla nüvə müqaviləsindən çəkilmə qərarını müdafiə edərək "Tehranın ABŞ-ın bölgədəki müttəfiqlərini və yəhudiləri təhdid etməyinə icazə verməyəcəyik” deyib.

AzNews.az

Xəbər lenti

Çox oxunanlar