2017-ci ildə məcburi hərbi xidməti yenidən tətbiq etməyə başlayan İsveçdə orduya qatılan yeni əsgərlər "rus istilaçıları” qıcıqlandırmaq üçün hazırlıqlar görür.
Bu barədə İngiltərənin "Teleqraf” agentliyi informasiya yayıb.
Bildirilir ki, İsveç Baltik dənizində Rusiyanın hərbi fəaliyyətlərinin artmasını bəhanə edir. Nəşr bununla Rusiyanın İsveçə hücum edəcəyi təəssüratını yaratmağa çalışıb.
19-20 yaşlı əsgərlərin birliyinə başçılıq edən Bo Stennabb "Teleqraf”a verdiyi açıqlamada İsveç hava sahəsinin ruslar tərəfindən pozulduğunu deyib və Baltik Dənizində hücumameyilli mövqeyinin Avropanı daha güvənsiz hala gətirdiyini qeyd edib.
Qeyd edək ki, Rusiyanın İsveçə hücum etməsi fikri daha əvvəllər də gündəmə gəlmişdi. NATO-nun baş katibi Yens Stoltenberq 2016-cı ildə illik hesabatında Rusiyanın İsveçə nüvə silahı ilə hücum etməklə bağlı sınaqlar keçirdiyini bildirmişdi./publika.az