ABŞ prezidenti Donald Tramp raket əleyhinə müdafiə üzrə ən yeni sistemin hazırlamasına başlandığını elan edib.
Prezidenti bu haqda Konqresə müraciətində bildirib.
O vurğulayıb ki, ölkədə ordunun genişmiqyaslı bərpası həyata keçirilir.
Amerika lideri əlavə edib ki, 2018-ci ildə ABŞ-ın müdafiə büdcəsi təxminən 700 milyard dollar təşkil edib, 2019-cu ildə isə təxminən 716 milyard dollar olacaq./publika.az