Xəzər Xəbər

Amerika Kosmik Agentliyi sərt təhlükəsizlik tədbirləri görür

Dünya | 11:13 • 21 Noyabr 2018
Amerika Kosmik Agentliyi sərt təhlükəsizlik tədbirləri görür

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) "SpaceX” və Boeing co” şirkətlərinə məxsus iş yerlərində əməyin təhlükəsizliyi və intizam qaydalarını sərtləşdirmək qərarına gəlib. Bunun səbəbi isə dünyanın ən varlı adamlarından biri, Aya və Marsa kosmik missiyaları maliyyələşdirən İlon Maskın əlində marixuana və sərxoş vəziyyətdə raketlərin fonunda lentə aldırdığı videomaterialın sosial şəbəkələrdə yayılmasıdır.


AZƏRTAC "Reuters” agentliyinə istinadla xəbər verir ki, NASA yaydığı bəyanatla 2019-cu ildə Beynəlxalq Kosmik Stansiyaya göndəriləcək missiyanın təhlükəsizliyi üçün "SpaceX” və Boeing co” şirkətlərindən iş yerlərində ciddi intizam tədbirləri görülməsini tələb edib.


Bəyanatda bu sərt tədbirlərin səbəbi açıqlanmasa da, "The Washington Post” qəzetinin yaydığı məlumata görə, ani qərar məhz İlon Maskın kosmik raketlərin qarşısında əlində içki şüşəsi və marixuana ilə video çəkdirməsi ilə əlaqəlidir.


"SpaceX” və Boeing co” şirkətləri gələn il "Dragon” və "Starliner” kosmik gəmiləri ilə astronavtların kosmosa göndərilməsi layihəsi üzərində iş aparırlar. Hər iki şirkət NASA-nın bəyanatı ilə bağlı bildiriblər ki, onlar iş yerlərində narkotik maddələr və spirtli içkilərdən istifadə olunmasının əleyhinədirlər.

Xəbər lenti

Çox oxunanlar