Xəzər Xəbər

Tramp: Səudiyyə Ərəbistanı ilə iqtisadi əlaqələri dayandırsaq neftin qiyməti kəskin artacaq

Dünya | 11:02 • 21 Noyabr 2018
Tramp: Səudiyyə Ərəbistanı ilə iqtisadi əlaqələri dayandırsaq neftin qiyməti kəskin artacaq

Səudiyyə Ərəbistanı ilə iqtisadi əlaqələri dayandırsaq neftin qiyməti kəskin bahalaşacaq.

Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

O qeyd edib ki, ölkəsi Səudiyyə Ərəbistanı ilə ticari müqavilələri davam etdirəcək: "100 milyard dollardan imtina etməyəcəyik. Əgər imtina edərsək neftin qiyməti kəskin artacaq”.

ABŞ Prezidenti Səudiyyə Ərəbistanı ilə özünün şəxsi ticari əlaqəsinin olmadığını söyləyib: "Əgər biz rəsmi Ər-Riyada hərbi avadanlıqlar satmasaq Səudiyyə Ərəbistanının bu tələbatını Rusiya və Çin təmin edəcək. Nəticədə Rusiya və Çin bu vəziyyətdən çox razı qalacaq”.

Xəbər lenti

Çox oxunanlar