Konqo Demokratik Respublikasında 160-dan çox ebola virusuna yoluxma halı aşkar edilib.
Yoluxma 10 yaşayış məntəqəsində qeydə alınıb.
Qeyd olunur ki, Ebolaya yoluxan 162 nəfərdən 106-ı həyatını itirib.
Bundan başqa, 19 tibb işçisi də bu xəstəliyə yoluxub. Onlardan 3 nəfəri vəfat edib.
Bölgədə karantin işləri davam etdirilir.