Avropa İttifaqının rəhbərliyi Kimyəvi silahlarının qadağan edilməsi təşkilatının (KSQT) Haaqada yerləşən serverlərinə hakerlərin kompüter hücumu etmək cəhdinə görə hiddətləndiyini bildirib.
Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa Komissiyasının sədri Jan-Klod Yunker, Avropa Şurasının rəhbəri Donald Tusk, habelə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Federika Moderini bu cinayətkarları "təcavüzkar hərəkətlər törətməkdə” ittiham edirlər. Onların fikrincə, bu cür əməliyyatlar "beynəlxalq hüquqa ziddir və beynəlxalq təsisatların nüfuzuna xələl gətirir”.
Aİ rəhbərlərinin sözlərinə görə KSQT-nın serverlərinə hakerlərin uğursuz hücumu "bu təşkilatın toxunulmazlığına xələl gətirmək” cəhdidir və "bütün dünyada silahların qadağan edilməsi uğrunda mübarizə aparan bir idarəyə hörmətsiz münasibəti” nümayiş etdirir.