"Türkiyə bu məsələdə vətəndaşların istəyinə uyğun addım atacaq".
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul forumunda ölkəsinin Avropa Birliyinə üzvlüyü ilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, Türkiyənin Avropa Birliyinə üzvlüyü xalqın istəyindən asılıdır: "Bu məsələnin həlli üçün referendum keçirilməsini təklif edirəm. 2018-ci il olmasına baxmayaraq, onlar hələ də Türkiyəni gözləməyə vadar edirlər. Düşünürəm ki, referendumun nəticələrindən sonra vətəndaşların istəklərinə uyğun addım atacağıq"./publika.az