Belarusda çalışan iki xarici vətəndaş casusluğa görə persona non-qrata elan edilib.
AZƏRTAC-ın BELTA-ya istinadən verdiyi məlumata görə, bu barədə Belarus Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri Valeriy Valkulçik bəyan edib.
Onun sözlərinə görə, casusluqda ittiham edilən iki xarici vətəndaşa persona non-qrata bu həftə elan edilib. Casusluqda ittiham edilənlərin hansı ölkələrin vətəndaşı olduğu açıqlanmayıb.
Valkulçik qeyd edib ki, onların fəaliyyəti xarici siyasətlə bağlı olub.