2018-ci il Nobel həftəsi çərçivəsində sülh mükafatı təqdim olunub.
Xezerxeber.az-ın məlumatına görə, bu il mükafatı konqolu həkim Denis Mukveqe və kürd mənşəli Nadia Murad əldə edib.
Onlar müharibə bölgələrində cinsi zorakılıqların qarşısının alınması sahəsində fəaliyyətə görə sülh mükafatına layiq görülüb.
Qeyd edək ki, Nadia Murad Nobel sülh mükafatını alan ikinci gənc namizəddir.