Xəzər Xəbər

Kanadalı həkimdən maraqlı ƏMƏLİYYAT - Əvvəl ayını, sonra 8 yaşlı uşağı...

Dünya | 13:24 • 5 Oktyabr 2018
Kanadalı həkimdən maraqlı ƏMƏLİYYAT - Əvvəl ayını, sonra 8 yaşlı uşağı...

Kanadalı cərrah anadagəlmə beyin xəstəliyi olan 8 yaşlı uşağı əməliyyat etməzdən əvvəl onun istəyi əsasında oyuncaq ayısını əməliyyat edib.

Cakson Mckie əməliyyat otağına aparılanda həkimi Daniel MC Nilidən "Kiçik uşaq” adlı oyuncaq ayısını əməliyyat etməsini istəyib. Həkim doğulandan bu yaşına qədər müalicə etdiyi uşağın bu istəyini rədd etməyib.

O, əvvəlcə oyuncaq ayını əməliyyat stoluna uzadıb. Əməliyyat zamanı oyuncağa oksigen balonu belə taxıb. Daha sonra 8 yaşlı uşağı əmıliyyat edib. Xəstəxanadan verilən açıqlamada Cakson və "kiçik uşağ”ın əməliyyatının yaxşı keçdiyi açıqlanıb.

Caksonun ailəsi əməliyyat edən həkimə, xəstəxana heyətinə oğlunun əməliyyat vaxtı rahat olması üçün əllərindən gələni etdiklərinə görə təşəkkür edib. Atası Caksonun "kiçik uşaq”la yanaşı yatmaqdan məmnun olduğunu bildirib.

Həkim əməliyyat anından fotoları instagram hesabında "Necə yox deyə bilərdim?” qeydi ilə paylaşıb./publika.az

Xəbər lenti