İranın xarici işlər naziri Məhəmməd Cavad
Zərif bəyan edib ki, İran Səudiyyə Ərəbistanı ilə güclü Yaxın Şərq
qurmaq üçün əməkdaşlıq etməyə hazırdır. Bu barədə
İranın XİN rəhbəri Twitter səhifəsində yazıb.
O, qeyd edib ki, Donald Trampın Səudiyyə Ərəbistanı ilə bağlı son çıxışı
təhqiredicidir və rəsmi Riyadla əməkdaşlıq etməyə hazırdırlar: "Biz
qonşularımıza yenidən əlimizi uzadırıq. Gəlin, güclü bölgə yaradaq və
şöhrətpərəstliyi dayandıraq".
Qeyd edək ki, ötən gün ABŞ prezidenti çıxışı zamanı deyib ki, Səudiyyə
Ərəbistanı kralı Birləşmiş Ştatların dəstəyi olmadan iki həftə belə
hakimiyyətdə qala bilməz./FaktXəbər