Misirin sabiq prezidenti Məhəmməd Mursi
Qahirədə yerləşən Tura həbsxanasında ailə üzvləri ilə görüşüb.
Bu barədə sabiq dövlət başçısının müdafiə komitəsinin
rəhbəri Əbdülmunim Abdülməqsud "Anadlolu" agentliyinə deyib.
Görüş zamanı 2013-ci ilin iyulundan bu yana 5 ildir atasını ilk dəfə
görən Əhməd Mursi də iştirak edib. Əhməd Mursi görüşdən sonra atasının
səhhətinin yaxşı, əhvalının yüksək olduğunu, əqidə və siyasi
baxışlarında dəyişiklik olmadığını vurğulayıb./faktxəbər