İndoneziyanın Sulavesi
adasında baş verən dağıdıcı zəlzələ və yeraltı təkanların yaratdığı 6
metrlik sunami nəticəsində həyatını itirənlərin sayı 1558 nəfərə çatıb.
"France-Presse” xəbər verir ki, bu barədə İndoneziyanın
təbii fəlakət fəsdlarının aradan qaldırılması idarəsi "Tvitter"də
məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ
nəticəsində 2500-dən çox insan yaralanıb, min nəfərə yaxını itkin
düşüb. Onların dağıntılar altında qaldığı ehtimal edilir. 200 min
insanın humanitar yardıma ehtiyacı var.
Xatırladaq ki, 28 sentyabrda Sulavesi adasının Palu şəhərində 7,5 bal gücündə zəlzələ
baş verib və yeraltı təkanlar nəticəsində 6 metr hündürlüyündə sunami
yaranıb. Fəlakət nəticəsində şəhərin böyük hissəsi demək olar ki,
yuyulub və minlərlə insan dağıntılar altınla qalıb.
İndoneziya
hökuməti epidemiyaların yayılmasının qarşısını almaq üçün Palu təpəsi
yaxınlığındakı ərazidə 1300-dən çox qurbanı dəfn etmək məqsədilə kütləvi
məzar hazırlanması barədə könüllülərə təlimat verib. Həmçinin, təbii
fəlakət nəticələrinin aradan qaldırılması üçün büdcədən 5 milyon dollar
ayrılıb.