Yapon avtomobil nəhəngi "Toyota" 2.4 milyon avtomobilini geri çağırır.
XəzərXəbər xarici mətbuata istinadla xəbər verir ki, "Toyota" avtomobillərin mühərrikində baş verən nasazlığa görə, 2.4 milyon avtomobilini geri, yoxlanışa çağırır. Həmin avtomobillərin 1.24 milyonu Yaponiyada, 830 mini Şimali Amerikada, 290 mini isə Avropadadır.
Qeyd edək ki, geri çağırılan avtomobillər 2008-2014-cü illərdə istehsal olunan avtomobillərdir.