Xəzər Xəbər

Azərbaycan neftinin qiyməti bahalaşır

Dünya | 10:32 • 5 Oktyabr 2018
Azərbaycan neftinin qiyməti bahalaşır

XəzərXəbər xəbər verir ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,55 dollar bahalaşaraq 87,51 dollar təşkil edib. Azərbaycan neftinin bir barreli sonuncu dəfə 2014-cü il noyabrın əvvəlində 87 dollardan baha satılıb.

Qeyd edək ki, "Azeri Light”ın bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollar olub.

Xəbər lenti