BMT hələ də ədaləti təmin etmək iqtidarında deyil.
Bu barədə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "TRT World Forum" forumunun bağlanış mərasimində deyib.
T.Ərdoğan vurğulayıb ki, Ümumdünya Təşkilatının ciddi islahatlara ehtiyacı var: "Yeddi qitənin təmsil olunduğu BMT TŞ - biz buna nail olmalıyıq. BMT TŞ-in 5 daimi üzvdən formalaşması İkinci dünya müharibəsinin nəticələrindən irəli gəlirdi. Bu gün biz başqa şəraitdə yaşayırıq, dəyişikliklərin vaxtı gəlib".
Türkiyənin Avropa İttifaqına üzvlülüyü məsələsini şərh edərkən T.Ərdoğan Türkiyənin Avropa İttifaqına daxil olması ilə bağlı ölkədə referendum keçirilməsinin mümkünlüyünü bildirib: "Biz bu məsələni müzakirə edəcəyik, əgər "hə" qərarı qəbul edilərsə, biz dərhal addımlar atacağıq".(trend.az)