"Mən Ermənistan Fövqəladə Hallar Nazirliyinin başçısı olmaq təklifini qəbul etdim".
Virtualaz.org bildirir ki, bunu Novosti Armeniya-ya Ermənistan parlamentinin deputatı Feliks Solakyan deyib.
"Bəli, mən belə bir təklif aldım və onu qəbul etdim", - deyə deputat bildirib.
Nəşr xatırladır ki, F.Solakyan əvvəllər Ermənistan Respublika partiyasının fraksiyasına daxil idi. Ancaq 1 mayda baş nazir seçilərkən Nikol Paşinyanın namizədliyini dəstəkləyəndən sonra onun sıralarını tərk etdi.