Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo Rusiya Prezidenti Vladimir Putinlə neft bazarındakı son inkişafları müzakirə edib.
Xezerxeber.az OPEC-ə istinadla xəbər verir ki, M.Barkindo Moskvada keçirilən "Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forum çərçivəsində V.Putinlə görüşüb.
Rusiya Prezidenti OPEC və qeyri-OPEC neft istehsalçıları arasında birgə səyləri və qlobal neft bazarında son dövrdə yaşanan inkişafları yüksək qiymətləndirib.
M.Barkindo isə "Əməkdaşlıq Bəyannaməsi” üzrə liderlik roluna və verdiyi töhfəyə görə Rusiya Prezidentinə təşəkkürünü bildirib.